Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /home/organicp/public_html/index.php:1) in /home/organicp/public_html/index.php on line 2

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /home/organicp/public_html/index.php:1) in /home/organicp/public_html/index.php on line 2
Organic Planet | Sağlam həyat,organik mehsullarin satisi,tebii mehsullar,saglam heyat

Haqqımızda

                                      

 

                                         Sizi ilk dəfə ekoloji təmiz, 100% təbii və orqanik məhsulların satışını təşkil edən

                                                     "G&M Organic" şirkətinin rəsmi internet səhifəsində salamlayırıq.

                                  Bizim missiyamız sizin və ailənizin saglamlığının qayğısına qalmaqda sizə kömək etməkdir.

Bildiyiniz kimi son illər bütün dünyada, əsasən də inkişaf etmiş ölkələrdə, insanlar orqanik və ekoloji təmiz qida və kosmetik vasitələrə daha çox üstünlük verməyə başlamışlar. Qlobal ekoloji problemlər, ətraf mühitin çirklənməsi,ölümcül xəstəliklərin çoxalması bu sahədə fəaliyyət göstərən şirkətləri daha da aktivləşdirib və onlar müştəriləri cəlb etmək məqsədi ilə məhsulun istehsalında,ekoloji cəhətdən ən təmiz və təhlükəsiz inqredientlərdən istifadə etməyə çalışırlar. Təbii ki, bu da insaların diqqətindən kənar qalmır və istehsalçıların ənənəvi reseptlərdən istifadə edərək istehsal etdiyi məhsullar onlar üçün böyük maraq doğurur.

Bütün bunları nəzərə alaraq "G&M Organic" şirkəti sizə dünyanın ən qabaqcıl, ekoloji təmiz və orqanik məhsullarını təqdim etmək qərarına gəldi. Biz bütün dünyada 2 illik araşdırmadan sonra  bu sahədə ən qabaqcıl şirkətləri müəyyən etdik, məhsullarının keyfiyyətini və tərkibini diqqətlə yoxladıq və sizə təqdim etmək qərarına gəldik.

Bizim internet səhifəmizdə siz çox dadlı, təbii və orqanik ərzaqlar, orqanik kosmetika vasitələri, eviniz və bütün ailəniz üçün ekolji təmiz və təhlükəsiz məhsullar əldə edə bilərsiniz. Siz bu saytda ailənizin sağlamlığının qayğısına qalmaq üçün ən keyfiyyətli vasitələri tapa bilərsiniz, çünki biz seçimi sizin üçün edirik və dünyanın dörd bir yanından sizin üçün bu məhsulları gətiririk. Təqdim olunan məhsulların keyfiyyəti həm sadə istifadəçilər, həmdə bu sahədə peşəkar ekspertlər tərəfindən təstiq olunub. Əmin olar bilərsinizki sizə təqdim etdiyimiz məhsullar, dünyada tanınmış orqanik məhsulların orqanik mənşəli olmasını təstiq edən sertifikatlara malikdir.

Biz sizə təqdim etdiyimiz məhsulların sayını və çeşidini genişləndirmək və ümümiyyətlə saytımızın fəaliyyətini daha səmərəli olması məqsədi ilə daim çalışırıq.

Saytımızın fəaliyyəti haqqında düşüncələrinizi və təkliflərinizi bizimlə bölüşməyi sizdən xahiş edirik.

Ətraflı məlumat əldə etmək istəyirsinizsə bizimlə əlaqə saxlayın:

Tel: /       +99 50 225 00 02

WhatsUp +994502250002

Email: info@organicplanet.az