Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /home/organicp/public_html/index.php:1) in /home/organicp/public_html/index.php on line 2

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /home/organicp/public_html/index.php:1) in /home/organicp/public_html/index.php on line 2
Organic Planet | Sağlam həyat,organik mehsullarin satisi,tebii mehsullar,saglam heyat

Nə üçün organik ?

Bildiyiniz kimi böyük şəhərlərdə sağlam ekologi mühitdən danışmaq çox çətindir. Ətrafa yayılmış zibillər, kimyəvi tullantılar, avtomobillərin zəhərli qazları, suyun və havanın çirklənmasi, yaşıllıqların azalması, ekoloji problemlərin yaranmasına zəmin yaradır və bütün bunlar sonda sizin və xüsusəndə uşaqların səhhətində özünü biruzə verir.

Buna əlavə olaraq gündəlik qəbul etdiyimiz qidanın tərkibində yer alan zərərli maddələr yuxarıda qeyd olunduğu kimi ekoloji mühitin sağlamlığımıza vurduğu mənfi təsiri bir az da artırır.

Kənd təsərüfatı məhsullarının yetişdirilməsi zamanı istifadə olunan müxtəlif növ sintetik kübrələr, həşəratlara qarşı istifadə edilən zərərli maddələr, sonda qəbul etdiyimiz məhsulla bərabər insan orqanizminə daxil olur.

Bütün bu maddələr illərlə orqanizmdə yığılaraq müxtəlif xəstəliklərə səbəb olur. Burada əsas zərər çəkən isə uşaqlardır, çünki onların immun sistemi bu zərərli maddələrə qarşı mübarizə aparmaq qabiliyyətində deyil.

Araşdırmalar onu göstərir ki, gündəlik istifadə olunan ərzaq, kosmetik vasitələr və qeyri orqanik tərəvəzlərin tərkibində yer alan kimyəvi komponentlər gənc anaların organizmində toplanaraq gələcək nəsillərə ötürülür. Son zamanlar uşaqlarda geniş yayılmış allergik xəstəliklərin səbəblərindən biri də əsasən yuxarıda qeyd olunan amillərdir. Sintetik kimyavi maddələrdən istehsal olunmuş kosmetik və gigiyenik vasitələrin də insan orqanizminə çox neqativ təsiri var. Yuxarıda qeyd olunduğu kimi bu əsasən hamilə qadınlar üçün daha təhlükəli sayıla bilər. Sintetik yuyucu vasitələr dəridən çirki təmizləsə də dərinin müdafiyəvi üst qatını zədələyir və beləliklə dəri ətraf mühitin mənfi təsiri qarşısında aciz qalır.

Bundan əlavə olaraq iri sənaye müəssisələrin ətraf mühitə vurduğu ziyanı təsəvvür belə etmək mümkün deyil.

Yaranmış vəziyyətlə əlaqədar biz çıxış yollarını axtarmağa başlayırıq və bu istiqamətdə əlimizdə olan ilk tədbir istifadə etdiyimiz məhsulların mənşəsini dəqiqləşdirmək və daha keyfiyyətli olanını seçməkdir.

Bu məqsəd üçün orqanik məhsullar köməyimizə çata bilər, çünki ekoloji təmiz məhsul nəinki ziyansız, eyni zamanda daha çox vitaminlərlə, minerallarla və digər faydalı elementlərlə zəngindir.

Orqanik məhsullardan istifadə edən insan daha az toksin qəbul etməklə yanaşı, eyni zamanda qanında müdafiyəvi - immun hüceyrələrinin çoxalmasını təmin edir, bu da o deməkdir ki, orqanizmin virus - infeksion xəstəliklərə qarşı davamlılığı artır.

Nəzərinizə çatdırırıq ki, orqanik məhsulun istehsalı zamanı ətraf mühitidə heç bir ziyan dəymir.

Orqanik Təsərüfatçıliq müasir dünyada geniş yayılmaqdadır. Təbii ki, bu təsərrüfatdan əldə olunan məhsuldarlıq digərlərindən daha az olduğu üçün, həmçinin hazır məhsulun istifadə müddətinin az olması və eyni zamanda əl əməyinin istifadəsi məhsulun maya dəyərinin yüksək olmasına gətirib çıxarır. Bu səbəbdən əsasən zəngin insanları cəlb edən orqanik məhsullar, dünyada müxtəlif sahələrdə çalışan tanınmış insanların gündəlik rasiyonunda digər məhsulları əvəz edir.

Beləliklə siz orqanik markası altında istehsal olunan məhsulu əldə etdikdə həm özünüzü, həm ailənizi həm də ərtaf mühiti böyük ziyandan qorumuş olursunuz.