Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /home/organicp/public_html/index.php:1) in /home/organicp/public_html/index.php on line 2

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /home/organicp/public_html/index.php:1) in /home/organicp/public_html/index.php on line 2
Organic Planet | Sağlam həyat,organik mehsullarin satisi,tebii mehsullar,saglam heyat

Nə üçün organik ?

Bu suala cavab vermək üçün ilk öncə orqanik sözünün tam mənasını təhlil etmək daha doğru olardı.

"Orqanik" termini ümumi mənada işlədilən bir termindir. Avropa ölkələrində bu termin müxtəlif sözlərlə ifadə oluna bilər. Misal üçün: İngiltərədə bu "Orqanik", Almaniyada - "Eco", Fransada - "Bio" adlanır. Lakin məhsulun necə adlandırılması əsas şərt deyil, əsas şərt onun orqanik məhsullara şamil olunan müvafiq standartlara cavab verməsidir.

Bəs orqanik məhsul əslində nəyə deyilir?

Beynəlxalq aləmdə "Orqanik məhsul" - Orqanik standartlara və orqanik istehsalat normalarına uyğun aparılan sertifikatlaşdırılmış orqanik istehsalat nəticəsində əldə olunan məhsula deyilir. Orqanik məhsulun istehsalı və yetişdirilməsi zamanı aşağıdakı komponentlərdən istifadə etmək qəti qadağandır:

1. Süni konservantlar ( E200 - E299 ), rəng vericilər ( E100 - E182 ), aromatizatorlar ( E600 - E699 ), stabilizatorlar və qatılaşdırıcılar ( E400 - E499 ).

2. Pestisidlər, qerbisidlər və funqisidlər. Kimyəvi və sintetik qida əlavələri.

3. Nitratlar.

4. Genetik modifikasiya olunmuş əlavələr.

5. Tərkibində sənaye mərkəzlərinin ətrafında yetişdirilmiş kənd təsərrüfatı məhsullarının istifadəsi də qadağandır.

Orqanik məhsulun istehsalı, qablaşdırlması və daşınması da ciddi şəkildə Avropa İttifaqının Orqanik Təsərrüfat Direktivasına uyğun şəkildə həyata keçirilir və markalaşdırılır. Burada əsas məqam qabın tərkibində kimyavı maddələrin və GMO - nun istifadə olunmamasıdır.

Orqanik məhsulun istehsal prosesinə qısa nəzər salaq:

Hər bir orqanik məhsulun istehsalı ilk olaraq torpağın setrifikatlaşdırılmasından başlayır. Hətta söhbət süd və ət məhsullarından getsə belə, burada ilkin olaraq heyvanların otlaq sahəsi orqanik statusa malik olmalıdır.

Otlaq torpaqların orqanik statusa malik olması orada heyvanların yemlənməsi və otarılması üçün yetişən otun tərkibində pestisidlərin, dioksinlərin və digər kimyəvi maddələrin olmasını və gələcəkdə həmin maddələrin südün və ətin tərkibinə keçməsini isitisna edir.

Bu növ sertifikat təstiq edir ki, qeyd olunmuş torpaq sahəsində aqrokimyəvi və GMO komponentlərin istifadəsindən ən azı üç il vaxt keçib və onlardan heç bir zərərli maddə artıq torpaqda qalmayıb. Torpağ üçün əldə olunan orqanik sertifaktlardan sonra fermer heyvandarlıq üçün də sertifikat əldə edə bilər.

Orqanik ət və süd məhsullarını əldə etmək üçün tələblər, fermerin heyvanı bəslənməsi zamanı ona: antibiotiklərin, hormonların, stimulyatorların, GMO qidaların verilməsini qadağan edir. Fermer heyvanlarda yaranan xəstəlikləri və onların mualicə üsülu haqqında da dəqiq məlumat qeydiyyatı aparmalıdır.

Bundan əlavə heyvanları dar tövlələrdə saxlamaq da qadağandır və onlar açıq sahədə otlamalıdırlar, hətta hər baş iri buynuzlu heyvana düşən sahənin azı iki hektar olması da şərtlərdən biridir.

Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün qerbisidlərdən, pestisidlərdən, insektisidlərdən, tərkibində azot və kimyəvi maddələrin olduğu kübrələrdən istifadə qəti qadağandır. Ziyanverici həşəratlarla mübarizədə yalnız təbii vasitələr istifadə olunur - ultrasəs, isıq, baryerlər və tələlər. Orqanik məhsul yalnız orqanik inqrediyentlərdən ibarət olan bir məhsul demək deyil. Burada ən önəmli şərtlərdən biri də istehsalat prosesinində Beynəlxalq Orqanik İstehsalat Normalarına riayyət edilməsidir.

Bu normalar əsasən Beynəlxaq Orqanik Kənd Təsərrufatı Hərəkatı Federasiyası tərəfindən müəyyənləşdirilmişdir (IFOAM).

Hazır məhsulların istehsalı zamanı - rafinasiyanın, minerallaşdırılmanın, sintetik dadvericilərin, konservantların, Genetik Modifikasiya olunmuş komponentlərin həmçinin aramatizatorların, rəngvericilərin ( standartlarla istifadəsinə icazə verilənlər istisna olmaqla ) istifadəsi qadağandır.

Bundan əlavə olaraq orqanik məhsul istesal zamanı onun tərkibində mövcud olan xeyirli komponentləri maksimal dərəcədə qoruyub saxlamaq məqsədi ilə orqanik xammal yalnız qənaətçil vasitələrlə emal olunmalıdır. Və həmçinin kimyəvi rafinasiya, dezodorasiya, hidroqenizasiya, mineralizasiya, vitaminizaisya və radioaktiv şualanma vasitələrindəndə istifadə qəti qadağandır.

Digər qida məhsulları orqanik adlandırmaq üçün bu məhsulların tərkibinin ən azı 95% orqanik sertifikatlaşdırılmış ingrediyentlərdən ibarət olması şərtdir. Bu qayda xüsusən kosmetik vasitələrə aiddir.

Məhsulun üzərində onun tərkibi haqqda dəqiq məlumat verilməlidir və ingrediyentlərin orqanik mənşəli və orqanik sertifikata malik olması qeyd olunmalıdır. Bu kosmetik vasitələrə daha çox şamil olunur. Ən son olaraq məhsulun qablaşdırılmasına qarşı sərt tələblər irəli sürülür. Burada qabın toksik olması qəbul edilməzdir əks halda yuxarıda qeyd olunan şərtlər yerinə yetirilmiş olsa belə məhsul orqanik sayıla bilməz.

Gördüyünüz kimi Organik məhsulun ərsəyə gəlməsi daha ağır şərtlərlə əhatələnib və bu da onu digər məhsullardan üstün edən əsas cəhətdir. Lakin günümüzdə sadə insanları yalnış reklamlarla aldadaraq tərkibində sadəcə bir dənə orqanik komponent olan kosmetik vasitəni 100 % orqanik adlandıraraq, satmaq geniş vüsət alıb.

Bu səbəbdən "Organic Planet" şirkəti sizi əmin edir ki, bizim saytımızdan əldə olunan məhsulun tərkibi saytda qeyd olunğu kimidir və biz heç bir komponenti gizlətmədən sizə istehsalçının zəmanəti altında dünyanın ən təbii və ekoloji təmiz məhsullarını təqdim edirik.

 

Bəs nə üçün orqanik ?

Bildiyiniz kimi böyük şəhərlərdə sağlam ekologi mühitdən danışmaq çox çətindir. Ətrafa yayılmış zibillər, kimyəvi tullantılar, avtomobillərin zəhərli qazları, suyun və havanın çirklənmasi, yaşıllıqların azalması, ekoloji problemlərin yaranmasına zəmin yaradır və bütün bunlar sonda sizin və xüsusəndə uşaqların səhhətində özünü biruzə verir.

Buna əlavə olaraq gündəlik qəbul etdiyimiz qidanın tərkibində yer alan zərərli maddələr yuxarıda qeyd olunduğu kimi ekoloji mühitin sağlamlığımıza vurduğu mənfi təsiri bir az da artırır.

Kənd təsərüfatı məhsullarının yetişdirilməsi zamanı istifadə olunan müxtəlif növ sintetik kübrələr, həşəratlara qarşı istifadə edilən zərərli maddələr, sonda qəbul etdiyimiz məhsulla bərabər insan orqanizminə daxil olur.

Bütün bu maddələr illərlə orqanizmdə yığılaraq müxtəlif xəstəliklərə səbəb olur. Burada əsas zərər çəkən isə uşaqlardır, çünki onların immun sistemi bu zərərli maddələrə qarşı mübarizə aparmaq qabiliyyətində deyil.

Araşdırmalar onu göstərir ki, gündəlik istifadə olunan ərzaq, kosmetik vasitələr və qeyri orqanik tərəvəzlərin tərkibində yer alan kimyəvi komponentlər gənc anaların organizmində toplanaraq gələcək nəsillərə ötürülür. Son zamanlar uşaqlarda geniş yayılmış allergik xəstəliklərin səbəblərindən biri də əsasən yuxarıda qeyd olunan amillərdir. Sintetik kimyavi maddələrdən istehsal olunmuş kosmetik və gigiyenik vasitələrin də insan orqanizminə çox neqativ təsiri var. Yuxarıda qeyd olunduğu kimi bu əsasən hamilə qadınlar üçün daha təhlükəli sayıla bilər. Sintetik yuyucu vasitələr dəridən çirki təmizləsə də dərinin müdafiyəvi üst qatını zədələyir və beləliklə dəri ətraf mühitin mənfi təsiri qarşısında aciz qalır.

Bundan əlavə olaraq iri sənaye müəssisələrin ətraf mühitə vurduğu ziyanı təsəvvür belə etmək mümkün deyil.

Yaranmış vəziyyətlə əlaqədar biz çıxış yollarını axtarmağa başlayırıq və bu istiqamətdə əlimizdə olan ilk tədbir istifadə etdiyimiz məhsulların mənşəsini dəqiqləşdirmək və daha keyfiyyətli olanını seçməkdir.

Bu məqsəd üçün orqanik məhsullar köməyimizə çata bilər, çünki ekoloji təmiz məhsul nəinki ziyansız, eyni zamanda daha çox vitaminlərlə, minerallarla və digər faydalı elementlərlə zəngindir.

Orqanik məhsullardan istifadə edən insan daha az toksin qəbul etməklə yanaşı, eyni zamanda qanında müdafiyəvi - immun hüceyrələrinin çoxalmasını təmin edir, bu da o deməkdir ki, orqanizmin virus - infeksion xəstəliklərə qarşı davamlılığı artır.

Nəzərinizə çatdırırıq ki, orqanik məhsulun istehsalı zamanı ətraf mühitidə heç bir ziyan dəymir.

Orqanik Təsərüfatçıliq müasir dünyada geniş yayılmaqdadır. Təbii ki, bu təsərrüfatdan əldə olunan məhsuldarlıq digərlərindən daha az olduğu üçün, həmçinin hazır məhsulun istifadə müddətinin az olması və eyni zamanda əl əməyinin istifadəsi məhsulun maya dəyərinin yüksək olmasına gətirib çıxarır. Bu səbəbdən əsasən zəngin insanları cəlb edən orqanik məhsullar, dünyada müxtəlif sahələrdə çalışan tanınmış insanların gündəlik rasiyonunda digər məhsulları əvəz edir.

Beləliklə siz orqanik markası altında istehsal olunan məhsulu əldə etdikdə həm özünüzü, həm ailənizi həm də ərtaf mühiti böyük ziyandan qorumuş olursunuz.

 

"G&M Organic " Sağlam Həyat