Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /home/organicp/public_html/index.php:1) in /home/organicp/public_html/index.php on line 2

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /home/organicp/public_html/index.php:1) in /home/organicp/public_html/index.php on line 2
Organic Planet | Sağlam həyat,organik mehsullarin satisi,tebii mehsullar,saglam heyat

Organicadent - diş məcunu

Qiyməti:

15 AZN

Çəkisi: 100 ml
İstehsalçı ölkə: Türkiyə
Brend: Organicadent


Tərkibi  Kalsium karbonat, Sorbitol, bitki mənşəli qliserin, Su, Hidrolizə edilmiş zeytun ekstraktı, , Salvadore Persica ( misvak ) ekstraktı, Kapril qlyukozid, Propolis ekstraktı, Mentol, Çay ağacı yağı, potassium sorbat ( qida konservantı).

Məhsula dair məlumat

Organicadent Diş Məcunu - həm orqanik həm də halal sertifakata malik Türkiyə istehsalı olan ilk və tək diş məcunudur.  Türkiyənin Halal sertifikatlandırma qurumu olan GİMDES və İtaliyanın orqanik seritfikatlaşdırılma orqanı olan CCPB tərəfindən sertifikatlaşdırılmışdır. "European Cosmetic regulation" (1223/2009) tərəfindən də test edilərək Avropa ölkələrində satışına icazə verilmişdir. 

Organicadent - təmamən təbii  və orqanik komponentlərdən hazırlanmışdır. Dörd qat qoruma özəlliyi ilə dişlərinizə və ağız boşluğuna tam bir qayğı göstərir. Tərkibində - paraben, SLS, Ftor, Triklozan istifadə edilmir.

Organicadent diş məcunu - dişlərinizi kariesdən qoruyur və ağız boşluğu gigiyenasını təmin edir, agız boşluğunun PH balansını sabit saxlayır, bakteriyalara qarşı mübarizə aparır.

Kalsium karbonat - kalsiumun mənbəyidir, dişlərin təbii rənginin qrunmasına və diş emalnın möhkəmliyinə cavabdehdir.Bu məcundə təbii kalsium istifadə edilmişdir.

Sorbitol - meyvədən əldə edilmişdir, orqanik dad vericidir

Qliserin - bitkidən əldə edilmişdir, dişləri rahat yumağa yardım edir, emalı zədələmir

Hidrolizə edilmiş zeytun ektraktı - antioksidantdır, vitaminlərlə zəngindir.

Salvadore Persica ( misvak ) - Ağız boşluğu gigiyenası üçün çox faydalıdır, diş emalını və damaqları bərkidir, diş ərpini təmizləyir

Propolis ekstraktı - güclü antioksidantdır, agız boşluğu gigiyenası üçün çox önəmlidir, bakteriyala qarşı mübarizə aparır.

Kapiril qlyukozid - dişləri incəliklə təmizləyir, digər zərərli və zədələyici komponentlərdən fərqli olaraq diş emalını zədələmir.

Mentol - efir yağı, agız boşluğu üçün effektlidir, həmçinin məhsulda konservant qismində istifadə odilib.

Çay ağacı yağı - güclü antioksidantdır, agız boşluğu gigiyenası üçün çox önəmlidir, bakteriyala qarşı mübarizə aparır və sağlam mikrofloranın formalaşmasına yardım edir

Potassium sorbat - bitki mənşəli qida konservantıdır.

 

 


Ağız boşluğu gigiyenası kateqoriyasına aid digər məhsullar